يار نئجه اولدو؟
یازار : نژادمحمد | بؤلوم : حوسين جاوان

YAR NECƏ OLDU?
Bulaq, səndən xəbər alım,
Söylə görüm, yar necoldu?
Günəş üzlü, ay camallı,
Qəddi qələmkar necoldu?
İtirmişəm bir maralım,
Kəsilib səbri-qərarım.
Səndən bir söz xəbər alım,
Söylə biilqar necoldu?
Aramızda sən ol, həkəm,
Atasız, qardaşsız, təkəm.
İtkin gedən o baxtıkəm,
Ağ sinəsi qar, necoldu?
Eşidin, Aşıq Cavanam,
Nə atam var, nə də anam...
Vətəndən odur nişanam,
Bilməm o yar necoldu?
VAR OLSUN ELLƏRİN SƏNİN
Tökülübdür ağ buxağa
Xurmayı tellərin sənin.
Yaraşır qaymaq dodağa,
Şirindir dillərin sənin.
Düşməsin elləri dərdə,
Qəm qalmasın könüllərdə,
Gəzir dilsiz pərdələrdə.
Sənətkar əllərin sənin.
Hüseyn oxur zildə, bəmdə,
Qalmasın könüllər qəmdə.
El sözləri var sinəmdə,
Var olsun ellərin sənin.