نامه گليبدير

+0 به یه ن

NAMƏ GƏLİBDİR

Dostum yenə salam-dua göndərib,

Xublar məclisindən namə gəlibdir.

Bu dərdimin mindən biri azalmaz,

Mənə gələn deyin, kimə gəlibdir.

Yenə də qaynayır sərin bulaqlar,

Keçir xəyalımdan ötən o çağlar,

Niyə kimsəsizdir bizim bu dağlar,

Ondan ötrü könlüm qəmə gəlibdir.

Bir ağ gün görmədik dari-fənada,

Çoban Əfqan verdi ömrünü bada,

Dövran varlınındır başdan dünyada

Kasıb niyə bu aləmə gəlibdir?!



  • [ ]