آيريلديم

+0 به یه ن

AYRILDIM

Müjdə deyin düşmənlərə,

Bu gün mən yardan ayrıldım.

Öz ömrümün incisindən,

Dövlətdən, vardan ayrıldım.

Sellər kimi coşub daşdım,

Hündür qayalardan aşdım,

Öpdüm, qucdum, halallaşdım,

Sinəsi qardan ayrıldım.

Əfqan kəsdi gümanını,

Haqq eləsin divanını,

O satdı öz imanını,

Bie`tibardan ayrıldım.



  • [ ]