آغرين عاليم

+0 به یه ن

AĞRIN ALIM

Ay qabaqlı, hilal qaşlı,

Qumral gözlü, ağrın alım!

Ceyran kimi şux baxışlı,

İşvə-nazlı, ağrın alım!

Gözəl keçən illər kimi,

Rəngi solmaz güllər kimi,

Oxuyan bülbüllər kimi,

Xoş avazlı, ağrın alım!

Ey şərəfli, namuslu qız,

Ürəyi pak, qəlbi təmiz,

Min çiçəyin birini üz,

Solmaz yazlı, ağrın alım!

Nə vara, şöhrətə alçal,

Sevgilinlə qoşa qocal!

Öz yarına min nəğmə çal,

Telli sazlı, ağrın alım!

Cavan Hüseyn edir dilək,

Sizsiz həyat nəyə gərək.

Səni görən təmiz ürək,

Coşub yazdı, ağrın alım!



  • [ ]